AZ

"Trendyol"dan "Kapital Bank" kartı ilə məhsul sifariş etdikdə məbləğ niyə artıq çıxılır? - SƏBƏB

"Trendyol"dan "Kapital Bank" kartı ilə məhsul sifariş verən müştərilər hesablarından artıq məbləğ çıxılmasından şikayətçidirlər. Onların sözlərinə görə, digər banklarda belə hal baş vermir, "Kapital Bank"da komissiya haqqı yoxdur, başqa banklarda isə konkret komissiya tutulur, amma bu məbləğ "Kapital Bank"ın hesab sildiyi vəsaitdən bir neçə dəfə azdır. "Kapital Bank" verdiyi açıqlamalara görə, manat dollara, sonra lirəyə çevrilir, bu səbəbdən müştəridən artıq xərc çıxır. Lakin bankın bu açıqlaması vətəndaşları qane etmir, onlar hüquqlarının pozulduğunu düşünürlər. 

 

Hüquqşünas Əkrəm Həsənov isə Pravda.az-a açıqlamasında məsələyə belə aydınlıq gətirib: 

“Deməzdim ki, burada qanun pozuntusu var. Böyük ehtimalla, "Kapital Bank"ın mübadilə məzənnəsi və komission haqqı daha yüksəkdir. Yəqin, müştəri ilə müqavilədə bunu necəsə əks etdiriblər ki, "öz məzənnəmlə, komission haqqımla edirəm". Hər halda müqaviləyə baxmaq lazımdır. Müqavilədə varsa, deməli, burada heç bir qanun pozuntusu yoxdur. Bazar iqtisadiyyatıdır. Bir bankın şərtləri digər banklardan fərqlənə bilər. "Kapital Bank" da sistem əhəmiyyətli, böyük banklardan biridir. Böyük banklar isə həmişə öz vəziyyətindən bu cür istifadə edirlər. Onların qiymətləri daha baha olur, daha çox qazanmaq istəyirlər ki, "biz daha yaxşı bankıq, daha etibarlıyıq". Şükür Allaha bank sistemimiz ən azından hələlik inhisarlaşmayıb. Vətəndaş nə etsin? Getsin digər bankın kartından istifadə etsin, vəssalam...” 

 

Aytəkin Qardaşova 

Tarix: 6 May 2024, 13:16   

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
1
Mənbələr
Şərh ()
Bağla