AZ

Güneyli müğənninin mənzilində axtarış aparılıb

Təhlükəsizlik İdarəsinin məmurları Aşqın İmaminin Qoşaçay (indiki Mainduab) şəhərində mənzilinə gedərək axtarış aparıb və onun bir sıra şəxsi əşyalarını, o cümlədən mobil telefonunu zəbt ediblər.

“Abbas Lisani” xəbər portalının bu barədə məlumatına əsasən Aşqın İmamiyə bildirilib ki, qarşıdakı günlərdə istintaq üçün və fəaliyyətləri barədə ifadə vermək məqsədi ilə özünü Təhlükəsizlik İdarəsinin 37-ci otağına təqdim etməlidir. 

Xanım İmaminin yaxınları bildirblər ki, müğəninin evində axtarış məhkəmə qərarı olmadan aparılıb. Həmçinin mənzildə kəskin axtarışlar və məmurların qaydalara uzlaşmayan hərəkətləri onun övladının qorxmasına səbəb olub.

Azərbaycan mahnıları və musiqilərinin ifaçısı Aşqın İmami virtual məkdanda Azərbaycan dili kursları keçirir. 

Həmçinin Güney Azərbaycanın Traktor Futbol Komandasının bir yarışmasına baxaraq “sən yaşa Azərbaycan”  mahnısını oxumasından sosial şəbəkələrdə paylaşılmış videosu yüksək qarşılanıb. 

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
1
Mənbələr
Şərh ()
Bağla