AZ

UNEC rektoru Türkiyənin Ege Universitetində işgüzar səfərdə - FOTOLAR

UNEC rektoru professor Ədalət Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Ege Universitetində işgüzar səfərdə olub.

QHT.az xəbər verir ki, səfər çərçivəsində Ege Universiteti ilə UNEC arasında “Qida mühəndisliyi” ixtisası üzrə ötən ildən start verilmiş iki diplom proqramı ilə bağlı yekun məsələlər müzakirə olunub.

UNEC rektoru Ege Universitetinin nəzdində fəaliyyət göstərən elmi tədqiqat institutlarının fəaliyyəti ilə tanış olub, eyni zamanda İzmir İqtisadiyyat Universiteti ilə UNEC arasında əməkdaşlıq imkanlarını müzakirə edib.

Qeyd edək ki, bu səfər, iki universitet arasında daha sıx əməkdaşlıq və əlaqələrin inkişafını təmin etmək məqsədi ilə həyata keçirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
9
Mənbələr
Şərh ()
Bağla