AZ

Qahirədə atəşkəs və məhbus mübadiləsi danışıqları davam edir

Misir və Qətərin vasitəçiliyi ilə hazırlanan yeni atəşkəs və qarşılıqlı məhbus mübadiləsi sazişi Qahirədə müzakirə olunur.

Bakıvaxtı.az "The Times of Israel"ə istinadən xəbər verir ki, İsrail Həmasın atəşkəs təklifinə cavab vermədən Qahirəyə nümayəndə heyəti göndərməyəcəyini və müharibəni dayandırmağa razı olmadığını bəyan edib.

İsrailin yüksək rütbəli şəxsləri, xüsusilə baş nazir Netanyahu beynəlxalq ictimaiyyətin xəbərdarlıqlarına baxmayaraq, yenidən Qəzza zolağının cənubunda təxminən 1,5 milyon fələstinlinin sığındığı Rəfaha qurudan hücum edəcəklərini açıqlayıb. İsraillilər isə bu addıma qarşı etirazlarını bildiriblər. Məhbus yaxınları hesab edirlər ki, Rəfaha hücum israilli məhbusların həyatına məhəl qoymamaq deməkdir.

HƏMAS isə imzalanacaq əsir mübadiləsi müqaviləsində Qəzzada müharibəyə son qoyacaq daimi atəşkəsin təmin edilməsini tələb edir.

Qeyd edək ki, oktyabrın 7-dən İsrailin Qəzza zolağına hücumları nəticəsində 24 mindən çoxu qadın və uşaq olmaqla, ümumilikdə 34 mindən çox fələstinli həyatını itirib. Qəzza zolağında humanitar fəlakət və dağıntılara səbəb olan İsrail Beynəlxalq Ədalət Məhkəməsində "soyqırım" ittihamı ilə mühakimə olunur.

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla