AZ

"ABŞ Ukraynaya nəzərdə tutulan silah-sursatı hələ göndərməyib" - Şmıqal

"ABŞ Konqresinin Ukrayna üçün təsdiq etdiyi hərbi yardım hələ gəlib çatmayıb".


Sfera.az "CBC" telekanalına istinadən xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal bildirib.

 

“Biz hələ də onların Ukraynada olduğunu təsdiq edə bilmərik, lakin biz bu sursatları, zenit sistemlərini və raketləri, digər hərbi texnikanı, xüsusən də uzun və orta mənzilli texnikanı gözləyirik”, - Şmıqal əlavə edib.

 

Ukrayna Prezidenti Volodimir Zelenski bir müddət əvvəl bildirib ki, onlar Qərb ölkələrindən hərbi yardımın göndərilməsini sürətləndirmələrini tələb ediblər.

 

Xatırladaq ki, aprelin 24-də ABŞ Senatı Ukrayna, İsrail və Tayvanın simasında müttəfiqlərinə yardım üçün vəsaitin ayrılmasına dair qanun layihəsini təsdiqləyib. Beləliklə, Kiyevə hərbi yardım üçün 61 milyard dollara yaxın vəsait ayrılıb.

 

Əzizə Zeynal

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
Mənbələr
Şərh ()
Bağla