AZ

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Burns İsrailin baş naziri Netanyahu ilə görüşəcək

Qəzzada əsir mübadiləsi razılaşması müzakirələri üçün Qətər Baş naziri Məhəmməd bin Əbdürrəhman Əl Tani ilə görüşmək üçün dünən Dohaya gedən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Burns təmaslarını davam etdirir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat verib.

İsrail rəsmisi bildirib ki, Burns və Netanyahu arasında görüş bu gün günortadan sonra Qərbi Qüdsdə baş tutacaq.

Burnsun səfərinin ABŞ başda olmaqla beynəlxalq ictimaiyyətin reaksiyalarına baxmayaraq, İsrail ordusunun cənubda təxminən 1,5 milyon köçkün fələstinlinin sığındığı Rəfah şəhərinin bəzi məhəllələrini boşaltmağa başladığı günə təsadüf etməsi diqqət çəkir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla