AZ

ABŞ-də Ukraynaya qoşun yeridilməsi istisna edilməyib

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı demokratların lideri Hakim Ceffris Kiyevin məğlub olacağı təqdirdə, ABŞ-nin Ukraynaya qoşun yeritmək məcburiyyətini istisna etməyib.

“Biz Ukraynanın süquta uğramasına imkan verə bilmərik, çünki bu baş verərsə, Amerikanın münaqişəyə təkcə pulumuzun köməyi ilə deyil, həm də qoşunlarımızla qarışmalı olacağı ehtimalı böyükdür”, - deyə o qeyd edib.

Hakim Ceffris, həmçinin bildirib ki, Respublikaçılar Partiyasında rusiyayönlü fraksiya güclənir və bu Vaşinqtonun Kiyevə maliyyə ayırmaq imkanlarını gecikdirir.

Mənbə: CBS

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
1
Mənbələr
Şərh ()
Bağla