AZ

Bitki zərərvericiləri ilə necə mübarizə aparmaq olar? - VİDEO

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən bitki zərərvericilərinin yayılması zamanı yarana biləcək fəsadlara dair yeni videoçarx hazırlanıb. 

AQTA-dan "Operativ Media"ya verilən məlumata görə, videoçarxda zərərverici və xəstəliklərin, eləcə də iqlim dəyişikliklərinin qida bitkilərinin məhsuldarlığına vurduğu ziyan haqqında məlumat verilib.

Eyni zamanda zərərvericilərə qarşı zəruri mübarizə tədbirlərinin aparılmamasının məhsul itkisinə və iqtisadi zərərlərə səbəb ola biləcəyi bildirilib. Qeyd olunan halların baş verməməsi üçün ilk növbədə profilaktik tədbirlərin həyata keçirilməsinin, zərurət yarandığı təqdirdə isə uyğun pestisid tətbiq edilməsinin vacib olduğu vurğulanıb. Sağlam bitkilərin sağlam ətraf mühit şəraitində inkişaf edə biləcəyi önə çəkilib.  

Qeyd edək ki, sahibkarlıq subyektləri bu videoçarx vasitəsilə bitki zərərvericilərinin yayılması zamanı yarana biləcək fəsadlar və bitki xəstəlikləri ilə mübarizə üsulları barədə ətraflı məlumat əldə edə biləcəklər.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
2
operativmedia.az

3Mənbələr

Şərh ()
Bağla