AZ

Bu ölkəni sel vurdu: Ən azı 66 nəfər ölüb

Braziliya ölkənin cənubunu vuran daşqınlarla mübarizə aparır. Güclü yağışların yaratdığı sel və torpaq sürüşmələri nəticəsində ən azı 66 nəfər həyatını itirib.

Publika.az xəbər verir ki, səlahiyyətlilər daşqın nəticəsində 74 nəfərin yaralandığını, 100 nəfərin itkin düşdüyünü bildirib. Təxminən 80 min insan isə didərgin düşüb. Ştatın paytaxtı Porto Aleqridə yolları və körpüləri su basıb. Səlahiyyətlilər itkilər səbəbindən ölənlərin sayının artacağından narahat olduqlarını bildiriblər.

Bir milyondan çox insanın içməli sudan məhrum olduğu, daşqının vurduğu ziyanın həcminin çox yüksək olduğu bildirilib. 1,4 milyon əhalisi olan Porto Aleqre şəhərindən keçən Quaiba çayı yağışlardan sonra 5,9 metr hündürlüyə çataraq rekord qırıb.

Daşqından zərər çəkmiş ərazini havadan yoxlayan Braziliya prezidenti Luiz İnasio Lula da Silva ştatda “fəlakət vəziyyəti” elan edib. İqlim mütəxəssisləri qlobal istiləşmənin yaratdığı dağıdıcı fırtınaların "El Nino" hava hadisəsi ilə birləşərək "fəlakətli kokteyl" yaratdığını qiymətləndiriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla