AZ

Bakıda “Makarov” tapançası satmaq istəyən şəxs saxlanıldı

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb.

DİN-dən "Unikal"a verilən məlumata görə, şöbəyə Bərdə rayon sakini 1964-cu il təvəllüdlü Teyyub Nuruşovun odlu silah gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs saxlanılıb və üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 8 ədəd patron və 1 ədəd sandıqça aşkar edilərək götürülüb. T.Nuruşov  odlu silah-sursatı bir neçə ay bundan əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.

Faktla bağlı 4-cü Polis Şöbəsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
50
Mənbələr
Şərh ()
Bağla