AZ

"Qərb öz qoşunlarını Ukraynaya göndərsə, minnətdar olacağıq" - Baş nazir

Qərb dövlətləri öz qoşunlarını Ukraynaya göndərmək qərarına gəlsələr, Kiyev onlara minnətdar olacaq.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə "CBC" BS telekanalına müsahibəsində Ukraynanın baş naziri Denis Şmıqal bildirib.

"Əgər tərəfdaşlar öz əsgərlərini, təlimatçılarını və ya məsləhətçilərini Ukrayna ərazisinə göndərmək qərarına gəlsələr, biz buna görə onlara minnətdar olacağıq", - hökumət rəhbəri söyləyib.

Eyni zamanda o qeyd edib ki, hazırda Ukrayna Qərb müttəfiqlərindən yalnız silah və hərbi texnika istəyir: "Bununla belə, lazımi vaxt gəlsə, Kiyev xarici kontingenti görməyə şad olacaq".

Humay İSGƏNDƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla