AZ

İsrail Livanda yaşayış binasını vurdu



srail ordusu Livanın şərqində bir binaya hava zərbəsi endirib
İsrail ordusunun Livanın daxili hissəsindəki Baalbek şəhərində bir binaya təşkil etdiyi hava hücumunda 3 mülki vətəndaşın yaralandığı bildirilib.
İsrail ordusu Livanın şərqində bir binaya hava zərbəsi endirib
Livanın rəsmi agentliyi NNA-da yer alan xəbərə görə, İsrailin pilotsuz uçan aparatları İsrail sərhədindən təxminən 80 kilometr uzaqlıqdakı Baalbek şəhərinin Safri qəsəbəsində bir binaya zərbə endirib.

Hücum zamanı binada olan 3 mülki şəxsin yaralandığı və binanın tamamilə dağıldığı bildirilib.

Hücumla bağlı verdiyi yazılı açıqlamada İsrail ordusu Safriyə hava hücumu təşkil etdiyini təsdiqləyib və döyüş təyyarələrinin Livanın cənubundakı Ramye, Ayta əş-Şaab və Mervahin qəsəbələrini vurduğunu açıqlayıb.

Ordu həmçinin Suriya ərazisindən İsrail istiqamətində iki atəş açıldığını və onların işğal altındakı Qolan təpələrində açıq əraziyə düşdüyünü bildirib.

İsrail ordusu atəş nöqtələrini hədəf aldığını bəyan edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
1
newscenter.az

2Mənbələr

Şərh ()
Bağla