AZ

Şirkətlər niyə təcrübəli marketoloqlar axtarır?

Rəqəmsal marketinq və biznesin inkişafı üzrə menecer Rəqsanə Məmmədova yazır…

Bizə daim xaricdə olan marketoloqları nümunə gətirirlər, amma bizim lokal bazarın xüsusiyyətləri fərqlidir. Xaricdən gələn marketoloqlar çox güman ki, yerli bazarda baş aça bilməzlər.

Çünki marketinqin əsasında, həm də insanların davranış qaydaları dayanır. Yəni, marketinq bir növ sosiologiya elminə əsaslanır. Cəmiyyətin dəyərləri, insanların davranışı, sosial əlaqələr - bunlar hamısı marketinq üçün önəmlidir. Çünki hamısı qərarvermə amillərinə aiddir.

Marketinq strategiyasını yaratmaq üçün informasiya lazımdır. Bizim daxili bazarda informasiya yox səviyyəsindədir. Araşdırmalar, reytinqlər, sorğular, ekspert rəyləri ya çox azdır, ya da önəm daşımır. Ona görə də, marketoloq məcburdur ki, hədəf kütləsini öyrənmək üçün ya müşahidələr aparsın, ya da testlər etsin. Bəzən bu testlər şirkətin büdcəsi hesabına olur. Bu da həqiqətdir.

Şirkət öz risklərini minimuma endirmək üçün təcrübəli marketoloq işə cəlb etmək istəyir. Bu anlaşılandır. Amma praktika onu göstərir ki, təcrübə bilikləri ömürlük olmur. Bir keysdə alınan uğurlu nəticələr, digər keysdə təkrarlanmaya bilər. Zəmanət yoxdur. Çünki bazarda olan vəziyyət, brendin tanınması və şirkətin mövqeyi fərqlənə bilər. Keys bilik mənbəyidir, hazır resept deyil.

Ona görə də, uğurlu nəticə əldə etmək üçün testdən başqa yol görmürəm. Testin də başlanma və bitmə tarixi olmalıdır. Test ömür boyu davam edə bilməz.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
valyuta.az

1Mənbələr

Şərh ()
Bağla