AZ

Rusiyada əhalinin kredit borcu 409 milyard dolları keçib

Yazını böyüt
Yazını kiçilt

Rusiyada əhalinin banklara borcu artmaqda davam edir. Mərkəzi Bankın məlumatına görə, 2024-cü il aprelin 1-nə vətəndaşların ümumi kredit borcları 38 trilyon rublu (409,26 milyard dollar) ötüb.

Hafta.az-ın yazdığına görə, Rusiya Mərkəzi Bankının prezidenti Elvira Nabiullina bəyan edib ki, gəlirlərin artması insanların əmanətləri ilə yanaşı, onların kreditə xərcləmələrinin də artmasına səbəb olub.

Fevralda 2024-cü il üçün ev təsərrüfatlarının xərclərinin 1 faiz azalacağını, fiziki şəxslərin kreditlərinin isə 5-10 faiz artacağını gözləyən Mərkəzi Bank sonradan bu proqnoza yenidən baxıb.

Mərkəzi Bank bu il ailə gəlirlərinin 2,5-3,5 faiz, kreditlərin isə 7-12 faiz artacağını gözlədiyini açıqlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla