AZ

Keşiş Baqrat Eçmiədzindən təlimat aldığını etiraf etdi

Tavuş arxiyepiskopu Baqrat Qalstanyan sərhədlərin dəqiqləşdirilməsinə qarşı keçirilən etiraz aksiyalarının erməni kilsəsi tərəfindən idarə olunduğunu açıq mətnlə bildirib.

Herbiand.az xəbər verir ki, keçiş bağrat dünən jurnalistlərlə söhbətində bildirib ki, təlimatları Eçmiədzindən alır:

“Biz Patriarx həzrətlərinin xeyir-duası olmadan hərəkət etmirik. Erməni patriarxı bizim atamızdır, bizə xeyir-dua verir və bizə rəhbərlik edir”.

Xatırladaq ki, Baqrat təkcə sərhədlərin dəqiqləşdirilməsinə qarşı çıxmır, o həm də baş nazir Nikol Paşinyanın istefasını tələb edir.

Herbiand.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
190
15
herbiand.az

7Mənbələr

Şərh ()
Bağla