AZ

İsrail ordusu Rəfahdan sakinləri təxliyə edir - HÜCUM BAŞLAYACAQ

İsrail Müdafiə Qüvvələri planlaşdırılan hərbi əməliyyata hazırlıq məqsədilə Rəfahın şərq məhəllələrindən dinc sakinləri təxliyə etməyə başlayıb.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bununla bağlı hərbçilər fələstinlilərə müraciət ediblər.

Yerli sakinlər bunu Qəzza zolağının cənubuna planlaşdırılan hücumla əlaqələndirirlər.

Nəşr qeyd edir ki, mülki şəxslərə Əl-Mavasi və Xan Yunisdəki genişləndirilmiş humanitar zonaya köçmək təklif olunur.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
Mənbələr
Şərh ()
Bağla