AZ

Ermənilərin yeni KARDAŞYANI: Erməni kilsəsi və Koçaryan Paşinyana qarşı - VİDEO

Ermənilərin yeni KARDAŞYANI: Erməni kilsəsi və Koçaryan Paşinyana qarşı - VİDEO

Delimitasiyanın olmamağı Ermənistanın, olması isə Paşinyanın başını ağrıdır. Ermənilər heç cürə sakitləşmirlər. Erməni Qriqoryan kilsəsi və keçmiş prezident Robert Köçəryan vəziyyəti gərginləşdirməkdə bir xeyli maraqlıdır. Paşinyan təzyiqlərə tab gətirsə də, xalqının könlünü almaqda çətinlik çəkir.

Sonxeber.az xəbər verir ki, mövzu ilə bağlı "İTV Xəbər Yekun" maraqlı süjet hazırlayıb. Ermənistanda 4 kəndin Azərbaycana qaytarılmasına etiraz edənlər bu həftə də küçələrdə idi. Azərbaycan ilə sərhəddə yerləşən Kirants kəndində minaların təmizlənməsində başlandıqdan sorma etirazlar genişlənib. Polis sakinlərə təzyiqləri artırır və bəzi nümayişçilər həbs edilib yenilənib. Kənddə yaşlı erməni qadın kimi bəziləri ən yaxın keçmişdəki müharibə dəhşətlərini deyəsən unudub. Lena Kardaşyan Tavuşdakı etirazların simvoluna çevrilib. Bugünkü simvolları Kim Kardaşyan yox, Lena Kardaşyandır:

" Biz 1 santimetrdə geri çəkilməyəcəyik. Qan tökəcəyik, amma təslim olmayacağıq. Bu yaşımda diz üstə oturaram. Amma təslim olmaram".

Politoloq Elxan Şahinoğlu deyib ki, bu gün Paşinyan erməni cəmiyyətinə istinad edir:

"Erməni cəmiyyəti müharibədən sonra Paşinyana səs verdi ki, Azərbaycan və Türkiyə ilə bağlı məsələləri həll et. Paşinyanda hazırda bu işlə məşğuldur. Radikalların sayıda çox deyil. İrəvanda böyük mitinq keçirə bilmirlər. Proseslər öz axarında davam edəcək".

Ətraflı "İTV Xəbər Yekun"un süjetində:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla