AZ

“Ümumi təhsil müəssisələrində təhsil alanların qida təhlükəsizliyi barədə maarifləndirilməsi” adlı layihənin icrasına başlanıb



Təhsilə Dəstək və Maarifləndiirmə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ümumi təhsil müəssisələrində təhsil alanların qida təhlükəsizliyi barədə maarifləndirilməsi” adlı layihənin icrasına başlayıb.

İctimai Birlikdən verilən məlumata görə, 3 ay müddətində həyata keçiriləcək layihənin məqsədi ümumi təhsil müəssisələrində rastlanan qida zəhərlənmələrinə qarşı təhsil alanların qida təhlükəsizliyi barədə maarifləndirilməsidir.

Layihə müddətində Bakının bir neçə ümumi təhsil müəssisəsində qida təhlükəsizliyinə dair maarifləndirici tədbirlər keçiriləcək. Bu sahənin ekspertlərinin iştirakı ilə keçiriləcək tədbirlərdə şagirdlərlə sağlam qidalanmanın vacibliyi, əks təqdirdə onun doğurduğu fəsadlar barədə söhbətlər aparılacaq, onlara maarifləndirici xarakter daşıyan çap məlumatları paylanılacaq.

Nərgiz Əzizova

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
3
Mənbələr
Şərh ()
Bağla