AZ

UKRAYNA CƏBHƏSİNDƏ KİYEV ÜÇÜN DOĞRUDANMI KRİTİK VƏZİYYƏT YARANIB? -Eynulla Fətullayevin suallarını məşhur yerli hərbi reportyor Yuri Butusov cavablandırır

Ukrayna cəbhəsində Kiyev üçün kritik vəziyyət yaranıb. Ukrayna müdafiəsinin birinci və ikinci xəttini yarmış Rusiya ordusu strateji hücumunu davam etdirir. Ukraynalılar təkcə silah yox, həm də canlı qüvvə sarıdan çatışmazlıqlarla qarşılaşırlar. Donetsk vilayətinin iri şəhərlərinin - Konstantinovka, Slavyansk və  Kramatorskın tutulması təhlükəsi yaranıb.

 

Senzor.az bildirir ki, Rusiya və Qərb hərbi ekspertlərinin son günlər yaydıqları məlumatlarda belə deyilir.

Bəs əslində Ukraynanın döyüş meydanlarında nə baş verir? Bütün Donetsk vilayətinin itirilməsi ehtimalı nə qədərdir? Ukrayna hərbçiləri vəziyyəti dəyişib yeni müdafiə xətti tuta biləcəklərmi?

 

Azərbaycanın tanınmış araşdırmaçı-jurnalisti, rusdilli populyar Haqqin.az portalının rəhbəri Eynulla Fətullayevin bu və digər suallarını Ukraynanın cəbhə xəttində işləyən məşhur hərbi müxbiri, reportyor Yuri Butusov cavablandırır.

 

Senzor.az məsələnin və toxunulan mövzuların aktuallığını nəzərə alaraq həmin maraqlı videomüsahibəni öz oxucularına təqdim edir...


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
Mənbələr
Şərh ()
Bağla