AZ

“Tarixdə bu gün”- 6 may necə yadda qalıb?

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.

 

6 mayda baş vermiş əhəmiyyətli, maraqlı, vacib hadisələrə nəzər salaq.

 

6 may İnsan Alverinə Qarşı Mübarizə Günüdür:

 

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 6 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı" hazırlanıb. .Daxili İşlər Nazirliyi, Beynəlxalq təşkilatların dəstəyi ilə 2009-cu ildən başlayaraq hər il may ayının birinci həftəsi “İnsan alverinə qarşı mübarizə həftəsi”, mayın 6-sı “İnsan Alverinə Qarşı Mübarizə Günü” kimi qeyd edilir.

 

6 may 1856-cı ildə Azərbaycanın ilk maarifçi qadını, Hacı Zeynalabdin Tağıyevin qız məktəbinin ilk direktoru Hənifə Məlikova-Zərdabinin (Həsən bəy Zərdabinin həyat yoldaşı) doğum günüdür):

 

O, məşhur “Nicat” Azərbaycan qadın xeyriyyə cəmiyyətinin yaradıcılarından biri olub, 1901-1905-ci illərdə Bakıda ilk müsəlman qız məktəbinin müdiri işləyib. 1909-cu ildən 1919-cu ilədək Bakı şəhər dövlət birinci rus-tatar qız məktəbində müdir vəzifəsində çalışıb. O, Həsən bəy Zərdabiyə təkcə həyat yoldaşı yox, həm də mübarizə yoldaşı olub.

 

6 may 1884-cü ildə Azərbaycanda coğrafiya üzrə tədris metodikasının əsasını qoyan, ana dilində ilk coğrafiya dəsrliklərini hazırlayan maarif xadimi Qafur Rəşad Mirzəzadə dünyaya gəlib:

 

Q.R.Mirzəzadə “Qafqaz coğrafiyası”, “Ümumi coğrafiya”, “Azərbaycan coğrafiyası”, “Coğrafiya terminləri lüğəti”, “Ümumi fiziki coğrafiya” və bu kimi kitabların müəllifidir. Dilçiliyə dair əsərləri olan alimin uşaqlar üçün hekayələri də vardır.

 

6 may 1907-ci ildə Azərbaycanda hidrogeologiyanın banisi, professor Əziz Əsgərov anadan olub:

 

Ölkədə mineral suların elmi tədqiqatı sahəsində əvəzsiz xidmətləri olan alim badamlı, sirab, vayxır və qalaaltı mineral sularını kəşf edib. Ə.Əsgərov Bakı (Azərbaycan) Dövlət Universitetində hidrogeologiya kafedrasının təməlini qoyub. O, Azərbaycan ərazisində müalicəvi sanatoriyalar – kurortlar salınması üçün böyük əmək sərf edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
Mənbələr
Şərh ()
Bağla