AZ

Avstraliya Azərbaycan millisinə rəqib olub

Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisinin Paris-2024 Yay Olimpiya Oyunlarındakı daha bir rəqibi bəlli olub.

Bu, 2-ci Olimpiya Təsnifat Turnirindən sonra dəqiqləşib.

Yaponiyada keçirilən yarışda Avstraliya yığması qalib olub. “Yaşıl qitə” təmsilçisi Fransa paytaxtına 5-ci vəsiqəni qazanıb. Bunadək meydan sahibləri, Çin, ABŞ və Azərbaycan yığmaları Paris-2024-ə vəsiqə qazanmışdı.

Qeyd edək ki, turnirin son üç iştirakçısı mayın 16-19-da Macarıstanda keçiriləcək təsnifat turnirində müəyyənləşəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
157
1
Mənbələr
Şərh ()
Bağla