- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Sumqayıt Apellyasiya Məhkəməsində səhlənkarlıqda təqsirləndirilən Arzu Bədəlovanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası mayın 6-na təyin edilib.
Xatırlatma: Abşeron Rayon Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
Qeyd: Hadisə 04 yanvar 2022-ci il tarixdə Abşeron Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.
Belə ki, rayon sakini A.Orucəliyeva gecə saat 3 radələrində xəstəxanaya daxil olub. Günorta saat 14 radələrində isə körpə ölü doğulub.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi əsasında, doğuşu həyata keçirən həmin xəstəxananın həkim-ginekoloqu Arzu Bədəlova istintaqa cəlb olunub.
Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Kamal Məmmədov
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.