AZ

Qərbi Azərbaycana Böyük Qayıdışa hazırlıq gedir - Foto

Qərbi

Sabah Türkiyənin Qazi Universitetində “Qərbi Azərbaycandan məcburi köçürülmə” adlı simpozium öz işinə başlayır.

Reyting.az
“Anadolu” agentliyinə istinadla xəbər verir ki, iştirakçılar arasında Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri Aygün Attar, Qazi Universitetinin rektoru Musa Yıldız, alimlər, ehtiyatda olan hərbçilər, yazıçılar və jurnalistlər var.

Simpoziumda keçən əsrin əvvəllərində, qırxıncı illərin sonlarında və otuz beş il öncə soydaşlarımızın qovulduqları Qərbi Azərbaycandakı öz dədə-baba yurdlarına qayıtması ilə bağlı perspektivlər mövzusunda çıxışlar ediləcək. Beş panel iclasda, həmçinin azərbaycanlıların deportasiyasının hüquqi fəsadları ilə bağlı geniş fikir mübadiləsinin aparılacağı planlaşdırılıb.



V. QULİYEV

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
Mənbələr
Şərh ()
Bağla