AZ

Madriddə Rublyov sevindi

Mükafat fondu 8 milyon avro olan “Masters” turnirinə yekun vurulub. Madriddə təşkil edilən yarışda rusiyalı tennisçi Andrey Rublyov çempion olub. O, finalda kanadalı Feliks Ojye-Aliassimi üstələyib.

İlk set kanadlı tennisçinin xeyrinə başa çatıb – 6:4. İkinci setin sonunda Rublyov breyk edərək hesabı bərabərləşdirib. Eyni ssenari 3-cü setdə də təkrarlanıb. Bu dəfə də Andrey Rublyov 7:5 hesabı ilə qələbə qazanıb.

Xatırladaq ki, son iki ildə Madriddə ierli idmançı Karlos Alkaras qalib olmuşdu. Rublyov isə ötən il Monte-Karlodakı “Masters”i qazanmışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
Mənbələr
Şərh ()
Bağla