AZ

Elmar Vəliyevin qardaşının rəhbərlik qurum cərimələnir

"Azneftemaş" ASC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, Dövlət Gömrük Komitəsi ASC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

İş Mingəçevir Şəhər Məhkəməsinin hakimi Elza Cəbrayılzadənin icraatındadır.

 

Qeyd: "Azneftemaş" ASC-nin prezidenti Şahmar Rüstəm oğlu Vəliyevdir. Ş.Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin qardaşıdır.

 

Xəyal Quliyev

Tarix: 6 May 2024, 08:05   

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
147
2
Mənbələr
Şərh ()
Bağla