AZ

AİB-in Azərbaycan üçün yeni strategiyası dekarbonizasiyaya yardıma yönələcək - Yevgeni Jukov

Tbilisi. Trend:

Asiya İnkişaf Bankının (AİB) Azərbaycanla bağlı yenistrategiyası dekarbonizasiyaya yardım edilməsinə yönələcək.

Bu barədə Trendözəl müsahibəsində AİB-in Mərkəzi və QərbiAsiya üzrə baş direktoru Yevgeni Jukov Bankın Tbilisidə keçirilənillik toplantısı çərçivəsində bildirib.

"Biz ölkə ilə yeni tərəfdaşlıq strategiyası hazırlayırıq. Ammademəliyəm ki, bu strategiyanın əsas gündəliyi iqlim dəyişikliyinintəsirləri ilə mübarizə və Azərbaycana iqtisadiyyatınkarbonsizləşdirilməsinə və bərpa olunan enerji mənbələrinin payınınartırılmasına kömək etmək olacaq. Beləliklə, hansı sektorlardaişləməyimizdən asılı olmayaraq, bu, təkcə Azərbaycanda deyil, bütünAsiya-Sakit okean regionunda AİB üçün hərtərəfli gündəmdir.Ümumilikdə AİB bu proqrama 2030-cu ilə qədər 100 milyard dollarsərmayə qoymağı öhdəsinə götürüb", - deyə o bildirib.

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
Mənbələr
Şərh ()
Bağla