AZ

AİB Azərbaycanla günəş enerjisi ilə bağlı investisiya imkanlarını müzakirə edir - Yevgeni Jukov

Tbilisi. Trend:

Asiya İnkişaf Bankı (AİB) Azərbaycan, eləcə də özəl sektorlagünəş enerjisi layihələrinə gələcək investisiya imkanlarınımüzakirə edir.

Bu barədə Trendözəl müsahibəsində AİB-in Mərkəzi və Qərbi Asiya üzrəbaş direktoru Yevgeni Jukov Bankın Tbilisidə keçirilən illiktoplantısı çərçivəsində bildirib.

"Ümid edirəm ki, bu ilin sonrakı vaxtlarında bu məsələ ilə bağlıdaha konkret açıqlamalar verəcəyik. Amma ümumilikdə, biz ölkə ilədəniz külək enerjisi layihələrinə sərmayə qoymaq imkanlarınımüzakirə edirik. Bundan əlavə, biz üzən günəş elektrik stansiyasılayihəsini sınaqdan keçiririk. Bizim 100 kVt gücündə kiçik birlayihəmiz var, hazırda Bakıdakı göllərdən birində həyata keçirilir.Gəlin görək, işləyirmi, daha çox işləyə bilərikmi?" - deyə obildirib.

Y.Jukov qeyd edib ki, AİB Azərbaycanın iqlim dəyişikliyigündəliyinə ciddi yanaşdığını dünyaya nümayiş etdirmək üçün ölkəyədaha çox yaşıl enerji layihələrinin hazırlanmasına və həyatakeçirilməsinə kömək edir:

"İki il əvvəl AİB Qafqazda ən böyük günəş elektrik stansiyasınasərmayə qoyub. Bu, "Masdar" şirkətinin Ələtdəki 230 meqavatlıqelektrik stansiyasıdır, mənim də baş çəkmək şansım oldu. Bu, çoxmüasir elektrik stansiyasıdır və hökumətin 2030-cu ilədək“strategiya 30”u həyata keçirmək istəyini yerinə yetirmək üçün biraddımdır, və bu o deməkdir ki, bu ilə qədər ölkə bütün enerjinin 30faizini bərpa olunan mənbələrdən istehsal edə bilməlidir".

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
1
Mənbələr
Şərh ()
Bağla