AZ

İsrailin müdafiə naziri Rəfahı işğal etməklə hədələyib

İsrailin müdafiə naziri Yoav Qallant HƏMAS hərəkatının Təl-Əviv hökuməti ilə əsir mübadiləsi razılaşması əldə etmək istəmədiyinə dair əlamətlər olduğunu iddia edərək, Qəzza zolağının cənubundakı Rəfah şəhərini çox yaxında işğal edəcəklərini bəyan edib.

"Operativ Media" "Yediot Ahronot" qəzetinə istinadən xəbər verir ki, Qallant İsrail ordusunun nəzarətində olan Netzarim dəhlizində əsgərləri yoxlayarkən açıqlama verib.

Qallant çıxışında "Biz HƏMAS-ın əsirlərin mübadiləsi ilə bağlı hər hansı razılığa gəlmək niyyətində olmadığına dair narahatedici əlamətlər müşahidə etdik. Bu, tezliklə Rəfəhdə və Qəzza zolağının digər hissələrində güclü hərbi əməliyyat deməkdir" deyə bildirib.

Oktyabrın 7-dən İsrailin Qəzza zolağına hücumları nəticəsində 24 mindən çoxu qadın və uşaq olmaqla 34 mindən çox fələstinli həyatını itirib. Qəzza zolağında humanitar fəlakət və dağıntılarla üzləşən İsrail Beynəlxalq Ədalət Məhkəməsində “soyqırım” ittihamı ilə mühakimə olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
Mənbələr
Şərh ()
Bağla