AZ

BƏƏ-nin şimalında təbii qaz yatağı kəşf edilib

BƏƏ-nin Şarja əmirliyinin yetkililəri ölkənin şimalında yerləşən Hadiba yatağında təbii qazın “perspektivli ehtiyatlarının” aşkar edildiyini açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə WAM agentliyi məlumat yayıb.

Yataq Şarja Milli Neft Korporasiyası tərəfindən aparılmış kəşfiyyat işləri zamanı aşkar edilib. Yaxın vaxtlarda şirkət yatağın potensial ehtiyatlarını müəyyən etməli və onun işlənməsinə başlamalıdır.

Hadiba Şarja əmirliyində quruda ən böyük beşinci yataqdır. Daha böyük qaz ehtiyatları Əs-Sacaa, Kaxif, Mahani, Müayəddə yataqlarında kəşf edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
192
1
Mənbələr
Şərh ()
Bağla