AZ

Bayden Mişel Obamanın xeyrinə prezidentlik yarışından imtina edə bilər..?

...ABŞ-ın hazırkı prezidenti Cozef Bayden Barak Obamanın həyat yoldaşı Mişel Obamanın xeyrinə prezidentlik yarışından imtina edə bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Der Spiegel” yazır.

...Bildirilir ki, onun planı ilə bağlı ABŞ Demokratlar Partiyası daxilində “şayiələr” yayılıb. Üstəlik, ABŞ Demokratik Partiyasının belə bir perspektivə münasibət məsələsini artıq əhali arasında aparılan sosioloji sorğulara daxil etdiyi də iddia edilir.

Qeyd olunur ki, Mişel Obamanın özü də “çirkli iş” hesab etdiyi siyasətə qarışmamaq istədiyini bəyan edib.

2022-ci ildə Mişel Obama ABŞ prezidentlərinin arvadlarından bəhs edən “Birinci xanım” serialının üç əsas personajından biriolub.

Xatırladaq ki, ABŞ-da prezidentlər iki dəfədən artıq bu vəzifəyə seçilə bilməzlər, lakin onların həyat yoldaşları namizəd ola bilər.

Gərək ki, yadınızda olar, o vaxtBill Klintonun həyat yoldaşı Hillari Klinton iki dəfə - 2008-ci ildə və 2016-cı ildə prezidentlik kampaniyasında iştirak edib.

İndi Mişel Obama da ondan nümunə götürə bilər. Bundan əvvəl amerikalı Bloxin Mişel Obamanı Demokratların 2024-cü ildə ABŞ prezident seçkilərində qalib gəlmək üçün son şansı adlandırmışdı.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
Mənbələr
Şərh ()
Bağla