AZ

Şəkidə 68 yaşlı qadını avtomobil vuraraq öldürüb

Şəkidə qadını avtomobil vuraraq öldürüb.

Bu barədə "Report"un Şimal-qərb bürosuna DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirilib.

Belə ki, bu gün saat 00:10 radələrində Şəki şəhəri ərazisində Rövşən Muradov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən piyada 1956-cı il təvəllüdlü Qəribə Həmid qızı Abdullayevanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
50
Mənbələr
Şərh ()
Bağla