AZ

Stressi aradan qaldırmaq üçün pulsuz və asan bir yol...

Stresslə mübarizə aparmağın sirri çölə çıxmaq qədər sadə ola bilər.

...Açıq havada gəzməyin çox heyrətamiz faydaları var. Təbiətdə olmaq, hətta hər gün bir ağacın altında oturmaq stressi azaldır ki, bu da öz növbəsində qan təzyiqini, ürək döyüntüsünü və kortizol kimi stress hormonlarını azalda bilər.

SİA-nın əldə etdiyi məlumata görə, pediatr Vanessa Slots bu barədə “New York Post”-a danışıb.

Təbiətdə vaxt keçirmək təkcə stress və depressiyanı azaltmağa kömək etmir, həm də yaddaşı yaxşılaşdıra, diqqət çatışmazlığı hiperaktivlik pozğunluğundan əziyyət çəkən insanlara kömək edə bilər.

Pensilvaniya Universitetinin stress, dözümlülük və tükənmişlik üzrə ixtisaslaşmış tədqiqatçısı Kandi Vince, təbiətdə vaxt keçirmək xoş hiss hormonları olan dopamin və endorfinlərin istehsalını artırır.

Endorfinlər ağrı və ya stresə cavab olaraq və təbiətdə vaxt keçirmək, idman etmək,gülmək, meditasiya etmək və şokolad yemək kimi zövq verici fəaliyyətlər zamanı bədən tərəfindən ifraz olunan kimyəvi maddələrdir.

Təbiətdə olmağın stressi azaldan təsirlərini cəmi 10 dəqiqə ərzində görmək olar.

Bunu da Vince bildirib.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
1
Mənbələr
Şərh ()
Bağla