AZ

İynə udan doqquz aylıq qız bir həftə sonra ölüb

...Mahaçqalada ailələrdən birində faciə baş verib.

SİA-nın əldə etdiyi məlumata görə, “ChP Kavkaz” Telegram kanalı yazır ki, doqquz aylıq bir qız iynə udub və bir həftə mədəsində onunla yaşayıb.

Valideynlər uşağın yad cismi udduğundan şübhələnməyiblər. Qız xəstələnəndə təcili olaraq şəhər uşaq xəstəxanasına aparılıb.

Onun vəziyyəti ağır olub. Müayinədən sonra həkimlər körpənin qarın boşluğunda iynə tapıblar.

Qız əməliyyat olunsa da, onu xilas etmək mümkün olmayıb.

Hadisənin baş vermə şəraiti müəyyənləşdirilir.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
137
9
Mənbələr
Şərh ()
Bağla