AZ

Türkiyədə Əhməd Cavad İnstitutu yaradılır

MHP başqanı Dövlət Baxçalı təlimat verib

 Milliyyətçi Hərəkat Partiyasının Media, Kommunikasiya  və Rəqəmsal media qurluşları ilə əlaqələr üzrə  məsul  sədr müavini və Kayseri millət vəkili İsmail Özdemir MHP lideri Dövlət Baxçalının göstərişi ilə bu partiyanın Ümumi Mərkəzinin tərkibində Əhməd Cavad İnstitutunun yaradılacağı ilə bağlı açıqlama verib. 
"Sherg.az"ın məlumatına görə, bu barədə sözügedən partiyanın sosial media hesablarında məlumat yayılıb.
 İsmail Özdemir mətbuata verdiyi açıqlamada bildirib ki, Dövlət Baxçalının göstərişi ilə Milliyyətçi Hərəkat Partiyasının qərargahında Əhməd Cavad İnstitutu yaradılacaq.
Bu  institutunun rəhbəri vəzifəsinə Dövlət Baxçalının baş müşaviri prof.  Dr.  Ruhi Ersoy təyin olunub. İsmayıl Özdəmir açıqlamasında Əhməd Cavadın Türk milli şüurunun dirçəlişi üçün göstərdiyi fəaliyyətə diqqət yönəldib və qeyd edib ki, adını qızıl hərflərlə ədəbiyyat tarixinə yazmağı bacaran  Ə.Cavad   güllələnərək şəhid edilib. Ə.Cavad yaradıçılığı Türk Dünyası düşüncəsi, Türk birliyi və həmrəyliyi üçün gələcək nəsillərə qaynaq olacaq.
 Qeyd edək ki, Turan şairi Ə.Cavad 1918 - ci ilin oktyabrından 1920 - ci ilin aprelinədək fəaliyyət göstərən  Azərbaycan Türk Ocağının qurucularından biridir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla