AZ

Avropa İttifaqı liderləri Gürcüstan Prezidentinin çağırışını eşidəcəkmi?

Gürcüstan kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə  Prezidenti Salome Zurabişvili Gürcüstan parlamenti tərəfindən ölkədə "xarici agentlər haqqında" qanunun qəbulu cəhdi ilə bağlı yaranmış vəziyyətlə əlaqədar Avropa İttifaqı ölkələrinin liderlərindən Tiflisə səfər etməyi xahiş edib.
 
Zurabişvili Tiflisidəki iqamətgahında topladığı Avropa İttifaqına üzv ölkələrinin  səfirlərinə müvafiq sorğu ilə müraciət edib.
"Biz gərgin vəziyyətdəyik və siz tərəfdaşlarımız olduğunuz üçün gürcü xalqına sabitliyin təmin edilməsində çox mühüm rol oynamalısınız... Xahiş edirəm ki, mayın sonuna qədər yüksək səviyyəli səfərləri həyata keçirin. " Zurabişvili bildirib.
O, eyni zamanda,  "Gürcü Arzusu" partiyasının  qurucusu Bidzina  İvanişvilinin Tiflisdə çoxminli kütlə qarşısında son çıxışını "çox təxribatçı" və Qərb tərəfdaşlarına qarşı yönəlmiş çıxış kimi qiymətləndirib.
Prezident xarici agentlər haqqında qanunun yenidən işə salınmasını "zorakılıq" və "Avropa İttifaqının qapılarını açıq görmək arzusunda olan" insanlara qarşı "təxribat" adlandırıb və hesab etdiyini bildirib ki, Avropa İttifaqı "uzunmüddətli perspektivi ən yaxşı şəkildə təmin edə bilən yeganə qurumdur". 
"Bu gün baş verənlərə və ya sabah və o biri gün baş verəcəklərə görə məsuliyyət, əlbəttə ki, bütünlüklə Gürcüstan hakimiyyətinin üzərinə düşür, çünki hadisələrin belə inkişafının təşəbbüskaları məhz onlar olub " deyə , o vurğulayıb.
Gürcüstan Prezidentinin bu müraciəti Avropa İttifaqının aparıcı dövləti hesab oluna Fransanın Prezident Emmanuel Makronun Rusiya ilə müharibədə Ukraynaya yardım etmək üçün qoşun göndərmək istiqamətində qaldırdığı hay-küyü yada salır. Görəsən Salome Zurabişvilinin çağırışı Makrona çatadırıldımı? Çatdırılbsa nədən reaksiya yoxdur. Axı Gürcüstan da Fransanın Cənubi Qafqaza girmək üçün həyata keçirməyə çalışdığı çoxistiqamətli layihələrdən biridir. Digər tərəfdən Salome həmdə Fransa vətəndaşıdır. Normalda Gürcüstandakı son hadisələr fonunda Makron daha çox narahat olmalı idi. Amma o Ermənistanın quyruğundan yapışaraq Gürcüstan qarşısındakı öhdəlikləri unudub. Yaxud ermənilərin Fransada yaşayan diasporu Makronu İrəvana daha sıx bağlamaq uçun özəl vasitələrdən istifadə ediblər? 
Düşünüləsi məqamdır....

Əlimusa İbrahimov.
Politoloq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
165
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq