AZ

Bakıda keçirilən Avropa kuboku genişmiqyaslı yarışdır - Kiprdən olan gimnast

Bakı. Trend:

Bədii gimnastika üzrə Avropa kuboku genişmiqyaslı yarışdır, çoxxoşuma gəldi. Ümid edirəm ki, belə yarışlar çox olacaq.

Bu barədə Trend-əBakıda bədii gimnastika üzrə Avropa kubokunun mükafatçısı, qadıngimnast Vera Tuqolukova (Kipr) deyib. Bakıda keçirilən yarışlardaVera Tuqolukova lentlə proqramda gümüş, o cümlədən halqa və gürzləhərəkətlərdə iki bürünc medal qazanıb.

"Yarışlar kifayət qədər yaxşı keçdi, lakin səhvlərə yol verildi,ona görə də görüləsi işlər var. Ümid edirəm ki, Avropa çempionatınaqədər hər şeyi düzəldəcəm. Bakıda keçirilən Avropa kubokunda çoxgüclü idmançılar iştirak edirdilər, mən onları özümə nümunəgötürürəm", - deyə gimnast qeyd edib.

İdmançı ötən il Bakıda bədii gimnastika üzrə beynəlxalq “AGFTrophy” turnirində iştirak etdiyini bildirib.

"Bakı mənim sevimli şəhərlərimdən biridir, çünki burada yarışlarhəmişə yüksək səviyyədə keçirilir, təşkilatçılıq qüsursuzdur", -deyə o əlavə edib.

Qeyd edək ki, mayın 3-5-də Bakıda Milli Gimnastika Arenasındabədii gimnastika üzrə Avropa kuboku keçirilib. Yarışda 37 ölkədənnümayəndə iştirak edib. Gimnastlar iki yaş kateqoriyasında -“böyüklər” (fərdi proqram və qrup hərəkətləri) və “gənclər” (fərdiproqram) üzrə çıxış ediblər.

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
Mənbələr
Şərh ()
Bağla

Reytinq