AZ

"Ardıcıl 4 oyunda qələbə qazanmaq asan deyil" - Krunoslav Renduliç

style='margin-bottom:10px;'>

"Oyunçularımla fəxr edirəm. Ardıcıl 4 oyunda qələbə qazanmaq asan deyil. Ayaz Quliyevin uzaqdan vurduğu mükəmməl zərbə ilə hesabda önə keçdik. Qoldan sonra sanki nəticədən məmnun idik".

QOL.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Krunoslav Renduliç Milsi Premyer Liqasının 33-cü turunda bu gün "Araz-Naxçıvan"a qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

Xorvatiyalı mütəxəssis 1:0 hesabı ilə qalib gəldikləri səfər matçını belə şərh edib: "Futbolçulara demişdim ki, bu gün çətin oyun olacaq. İlk hissədə "Araz-Naxçıvan" topa daha çox nəzarət edirdi. İkinci hissədə biz daha yaxşı oynadıq. Penaltini qaçırdıq. Oyunun taleyini daha erkən həll edə bilərdik. Oyundan və 3 xaldan məmnunuq. Hələ heç nə bitməyib. Qarşıda 3 oyun və 9 xal var. Növbəti matça hazırlaşmalıyıq.

O, komandasının bu mövsüm penaltilərdə uğursuz olması ilə bağlı da danışıb: "Qaçan penaltilər də oyunun bir hissəsidir. Bu, sadəcə keyfiyyətdən asılı deyil, bəzən konsentrasiyadan da asılıdır. Penalti təyin olunarkən reaksiyamız xoşuma gəlmədi. Hər kəs artıq qolu qeyd edirdi. Penaltidə şanslar 50/50-dir. Ona görə də erkən qeyd etmək lazım deyil".

Yerli oyunçu axtarışında olduqlarını bildirən baş məşqçi ölkəsi Xorvatiyadan futbolçu gətirib-gətirməyəcəyi haqda sualı da cavablandırıb: "Xorvatiyadan olmağım o demək deyil ki, xorvat oyunçular gətirəcəm. Əlbəttə Xorvatiyada yaxşı futbolçular var. Amma realist olmaq lazımdır. Dəqiq deyə bilmərəm ki, gətirəcəyik ya yox".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
121
1
Mənbələr
Şərh ()
Bağla