AZ

“Liverpul” “Tottenhem”i böyük hesabla məğlub etdi

“Liverpul” “Tottenhem”lə görüşdə azarkeşlərini sevindirib.

Bakıvaxtı.az xəbər verir ki, görüşdə hesabı 16-cı dəqiqədə Muhammed Salah açıb - 1:0. Andre Robertson 45-ci dəqiqədə fərqi 2-yə yüksəldib - 2:0. Kodi Qakpo 50-ci dəqiqədə rəqibi yenidən meydanın mərkəzinə dəvət edib - 3:0. Az sonra Elliot 4-cü dəfə qonaqları mərkəzə dəvət edib - 4:0. “Tottenhem” buraxılan toplardan birinin əvəzini çıxıb. 72-ci dəqiqədə Riçarlison dəqiq oynayıb - 1:4. Ardınca Heunq-Min Son fərqi 2-yə endirsə də, bu təsəllidən başqa bir işə yaramayıb - 2:4.

Qeyd edək ki, aktivində 78 xalı olan “Liverpul” 3-cü pillədəki mövqeyini gücləndirib. ”Tottenhem” 60 xalla 5-cidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
164
17
Mənbələr
Şərh ()
Bağla