AZ

“Sabah” bəxt sayəsində qalib gəldi” – Elmar Baxşıyev

style='margin-bottom:10px;'>

"Oyunu iki hissəyə ayırardım. İstədiyim komandanı birinci hissədə meydanda görə bilirdim. Çoxsaylı hücumlar edirdik, ancaq son nöqtəni qoya bilmədik".

QOL.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 33-cü turunda bu gün "Sabah"la keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, 0:1 hesabı ilə uduzduqları matçı belə şərh edib: "Ümumilikdə, komandanın oyunundan razı qaldım. Qarşıda üç tur var, komanda şəklində daha yaxşısını edə bilərik. “Sabah” bəxt sayəsində qələbə qazandı. Ancaq onların qələbəsinə kölgə salmaq istəmirəm. Futbol belə oyundur. İkinci hissənin əvvəlində oyun ritmindən düşmüşdük. O müddətdə rəqib üstünlük göstərdi. Sonra tempi bərpa etdik. Məğlub olmaya bilərdik. Bu gün şans rəqib tərəfdə idi".

E.Baxşıyev hələlik yeni mövsüm üçün klubun planlarının bəlli olmadığını da bildirib: "Gələn il haqda danışıq olmayıb. Sadəcə, bu çempionatı başa vurmaq lazımdır. 8-ci, 9-cu olacağıq, bilmirəm. Hər oyuna yüksək hədəf üçün çıxırıq. Komanda siqnal verir ki, gələn il işimizə davam edəcəyik. Futbolçular da əllərindən gələnin ən yaxşısını etməyə çalışacaqlar".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
Mənbələr
Şərh ()
Bağla