AZ

Xarici səyyahlar öz ad günlərində mina zərərsizləşdirdilər

Norveçin dünya şöhrətli səyyahları - Ole Vastveit və Camilla Waaden ad günlərini Cəbrayılda minatəmizləmə əməliyyatında iştirak etməklə qeyd ediblər. ANAMA nümayəndələri onlara Cəbrayılda aşkarlanan tank əleyhinə minaların zərərsizləşdirilməsi prosesi zamanı partlayış düyməsini basmağı həvalə edib. Hər iki dünya səyyahı ad günlərində neçə-neçə insan həyatını xilas etməkdən, ərazini minadan təmizləməkdən xoşbəxtlik hissi duyduqlarını bildiriblər. Qeyd edək ki, norveçli səyyahlar məşhur “Vagaclub” üzvləridir. Bu klub 3 gündür ki, Qarabağ və Şərqi Zəngəzura səfərdə idi. Son 4 ildə analoji 10 səfər çərçivəsində 46 ölkədən 360-dan çox beynəlxalq səyahətçi azad edilmiş ərazilərdəki vəziyyətlə yerində tanış olmaq imkanı qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla