AZ

Premyer Liqanın yeni bəlası - Bunlar az idi, indi də o...

Bu il hakimlərin bərbad idarəçiliyi mövsümə öz damğasını vurdu.

Azalır hər tur referilərin hansısa əndərabadi qərarlarına şahidlik edirik.

Baş hakimlər meydanda bir işə yaramır, VAR-da oturanlar da monitor "şiri" olmağa davam edir.

Dərdimiz bunlarla bitsə nə var ki...

İndi də oyunların AFFA nümayəndəsi, Hakim-inspektorları azarkeşlərin əsəbləri ilə oynamağa başlayıb.

Qəbələdə yaşanan hadisələrdən məlumatınız oldu.

"Qəbələ" - Kəpəz" oyunun AFFA nümayəndəsi Yavər Rəhimov azarkeşlərlə yersiz polemikaya girdi və haqlı olaraq ciddi təpki ilə üz-üzə qaldı.

Bu, 32-ci turda yaşanan yeganə hadisə olmayıb.

Eynisi həmin gün Bakıda baş tutan "Neftçi" - "Turan Tovuz" oyununda da yaşanıb.

Özü də hadisələrin mərkəzində uşaq səhvlərindən daş atıb, başımızı tutduğumuz hakimlərin başçısı olub.

"Ağ qaralar"ın sosial şəbəkələrdə olan ən böyük azarkeş səhifəsi "Neftçi Fan Page"nin admini Hakimlər Komitəsinin sədri Barış Şimşəyin mərkəzində olduğu hadisəni belə nəql edib:

"İndi hara baxırsan hər kəs hakim idarəçiliyindən narazıdır. İnanın ki, haqlıdır bir çoxu. Hakimlik artıq ifrat dərəcədə bərbaddır. Hakimlərin xüsusi komandalara simpatiyaları var. 2-3 mövsüm əvvələ qədər anlayırdıq ki, görməyə bilərlər. İndi isə VAR var da. Sən görməsən, VAR görəcək, görməlidir!

Deməli "Neftçi" - "Turan-Tovuz" matçı gedir, rəqib oyunçu Höccətə kəllə atıb, mən də tribunadayam və həmin epizoda telefonda baxıram. Bu əsnada təsadüfən arxaya döndüm ki, VİP lojada özünün dediyi kimi desək, oyunun gözləmcisi Barış Şimşək oturub. Mən də epizodu göstərirəm ki, Barış bəy, bu epizod nədir? Mənə qayıdıb deyir ki "Bana neden gösteriyorsun ki, ben matçın gözlemcisiyim, zaten bakıyorum". Deyirəm baxmaq yox, görmək lazımdır. Baxmaq üçün deyilsən, görmək üçünsən. Sənin rəhbərlik etdiyin qurumun üzvləri onsuz da çətin durumda olan komandanı daha da çətin duruma salır. Mənə qayıdıb deyir ki, "neden bağırıyorsun"? Deyirəm ki, görmək istəmədiyin kimi, eşitmək də istəmirsən. Sonra yanında olan PFL rəsmisi Elgiz Abbasova mənim barədə nəsə deyir, o da ilk əvvəl mənə, daha sonra "Neftçi" rəhbərliyində yer alan Zaur Əzizova nəsə şikayət edir. Zaur Əzizov da "azarkeş ilə polemikaya girməsin də" - deyərək cavab verir. Dolayısı ilə Əzizov da bunların necə bir yarıtmaz olduğunu bilir. Düzdür sonradan bizə su verdi, artıq hesab 3:0 olandan sonra "istədiyinizi aldınızmı, suyu için daha yaxşı bağırın" deyərək işləri özləri demişkən "tatlıya bağladı". Amma istənilən halda VAR sisteminin olduğu bir zamanda hakimlərin bu qədər bəsit səhvlər etməsi üstəlik, bəzi matçlarda VAR-a baxdıqdan sonra düzgün qərar verməməsi adamda suallar doğurur. Axı niyə?".

XANOĞLAN / SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
Mənbələr
Şərh ()
Bağla