AZ

Nuri Şahin üçün "Beşiktaş" şansı

Dortmund "Borussiya"sının məşqçisi Nuri Şahinin karyerasını Türkiyədə davam etdirmək şansı var.

Apasport.az xəbər verir ki, mütəxəssis Fernando Santosun "Beşiktaş"dan ayrıldığından sonra klubun prezidenti Həsən Aratla əməkdaşlıq perspektivlərini müzakirə edib.

"Arılar"ın hazırkı baş məşqçisi Edin Terziçin müqaviləsi 2025-ci ilin yayına qədərdir. Əgər çalışdırıcı sözləşməni yeniləməsə və ya vaxtından əvvəl qovulsa, o zaman Şahinin baş məşqçi olmaq şansı olacaq. Terziç klubda qaldığı halda, Nuri "qara qartal"la olan variantı nəzərdən keçirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124
1
Mənbələr
Şərh ()
Bağla