AZ

Ədalət qızının toyunda mahnı OXUDU - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Əməkdar artist Ədalət Şükürovun qızı Jalənin toyudur.

Bizim.Media xəbər verir ki, paytaxtın dəbdəbəli  restoranların birində keçirilən məclisdə sənətçi çıxış edib.

Şükürov qızının əlindən tutaraq "Моя девочка лети" (Qızım uç) mahnısını ifa edib. O, daha sonra övladının əlini ailə qurduğu Ənvər adlı bəyə ötürüb. Cütlük sözügedən nəğmənin sədaları altında rəqs ediblər.

Toyun aparıcılığı Nəsib Nura, musiqi tərtibatı müğənni Sabir Əliyev və onun ansamblına həvalə edilib.

Onu da qeyd edək ki, məclis mediaya qapalı keçirilir.
 

Rəşad Əliyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
121
Mənbələr
Şərh ()
Bağla