AZ

Makron Çin liderini nənəsinin evinə aparacaq

Fransa prezidenti Emmanuel Makron Çin prezidenti Si Cinpinin Parisə səfəri zamanı ona jest etmək niyyətindədir.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yazıb.

 

O, Çin liderini ticarət balanssızlığını azaltmağa və Ukraynadakı münaqişəni həll etmək üçün Rusiyaya təsirindən istifadə etməyə inandırmaq istəyir.

 

Bu məqsədlə Makron çinli həmkarını mayın 7-də ana tərəfdən nənəsinin doğulduğu Pireney adalarına aparmağı planlaşdırır. 

 

Agentliyin mənbəsi qeyd edib ki, Makron həmişə xarici liderlərlə şəxsi münasibətlər qurmağa çalışır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
44
Mənbələr
Şərh ()
Bağla