AZ

Məşhur aktrisa uzun illər etdiyi səhvi haqqında danışdı - FOTO

Məşhur Hollivud aktrisası Vupi Qoldberq 1980-ci illərdə narkotikdən istifadə etdiyini etiraf edib. 

 

Sfera.az bildirir ki, Vupi Qoldberq avtobioqrafik kitab yazıb. 68 yaşlı Vupi Qoldberq həyatı ilə bağlı bir çox faktları oxucularla bölüşüb.

 

“Pieces: My Mom, Brother and Me” adlı yeni xatirə kitabında məşhur etdiyi səhvlərindən danışıb.

 

Keçmişi haqqında açıq danışan “Oskar” mükafatına namizəd olan ulduz yeni memuarında oteldəki xoşagəlməz hadisəni də xatırlayıb. Aktrisanın dediyinə görə, o, ilk ərinin, eyni zamanda qızının atasının etinasız və laqeydliyinə görə bu vərdişə aludə olub. Aktyorluq karyerasını davam etdirmək üçün Nyu-Yorkdan Kaliforniyaya köçdükdən sonra o, ulduzlarla dolu məclislərdə kokain və heroindən istifadə etməyə başlayıb. Vupi narkotiklərin öhdəsindən gələ biləcəyinə, asılılığının təhlükəli olmadığına inanıb. O vaxtlar Hollivudda məşhurlar heroinə görə rahat idilər.

 

Kitabda aktrisa özünü işdə qeyri-adekvat olduğunu anlayana qədər, (təxminən bir il) daim beyni duman içində çəkiliş meydançasında görünən "çox yüksək fəaliyyət göstərən narkotik aludəçisi" kimi təsvir edib. Ulduz bir dəfə ad günündə Manhettendə dəbdəbəli oteldə necə qaldığını, orda birinin ona bir unsiya (təxminən 28 qram - red.) kokain verdiyini danışıb. Vupi otağın döşəməsində oturub təkbaşına kokain qəbul edib. Xidmətçi qız onun otağına girib və qışqıra-qışqıra bayıra qaçıb. Güzgüyə baxan aktrisa kokainin bütün üzünü örtdüyünü anlayıb.

 

"Mən çox xəcalət hissi keçirdim. Anam bilsəydi dəli olardı. Mən dibə düşmüşdüm".

 

Vupi kokain asılılığının həyatını idarə etməsinə icazə verdiyini qeyd edib. Həblər qəbul etdikdən sonra o, halüsinasiyalar görməyə başlayıb. Amma aktrisa ölmək istəməyib. Digər insanlar illərlə asılılıq vəziyyətində olduğu halda, o, narkotik istifadəsini tez dayandıra bilib. O, dost çevrəsini dəyişib və gecə məclislərinə dəvətləri rədd etməyə başlayıb. Reablitasiya zamanı o, 20 kq çəki alıb ki, bunu da doğru yola qayıtmaq ərəfəsində o qədər də böyük problem hesab etmir. 

 

Qeyd edək ki, Vupi Qoldberqin 7 may 2024-cü ildə işıq üzü görəcək “Parçalar: Anam, Qardaşım və Mən” adlı avtobioqrafik kitabında məşhur aktrisanın həyatı ilə bağlı bir çox maraqlı faktları öz əksini tapıb.

 

Aysel

Sfera.az 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
138
26
Mənbələr
Şərh ()
Bağla