AZ

“Zirə” səfərdə “Turan Tovuz”a qalib gəldi

Misli Premyer Liqasında 33-cü turun oyunları davam edir.

Yenisabah.az xəbər verir ki, bu günə nəzərdə tutulan 2 matçdan 1-i artıq başa çatıb. "Zirə" "Turan Tovuz"un qonağı olub.

Oyun qonaq komandanın qələbəsi ilə başa çatıb - 2:1. Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda bu qələbə sayəsində 2-ci pilləni ələ keçirib. "Zirə"nin əsas rəqibləri "Neftçi" və "Sumqayıt"ın ötən gün xal itirməsi buna səbəb olub.

16:30. “Turan Tovuz” – “Zirə” - 1:2 

Qol: Fərid Nəbiyev, 52 - Salifu Suma, 14, Sezar Meza Kolli, 70

Qırmızı vərəqə: Roderik Miller, 90+9 ("Turan Tovuz")

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu

Tovuz şəhər stadionu


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla