AZ

Bir dövrə damğasını vuran “Nokia 3210” yeni xüsusiyyətləri ilə gəlir

90-cı illərin əfsanəvi telefonu “Nokia 3210” geri qayıdır. HMD Global markası "Bütün zamanların ən çox satılanları" siyahısında olan Nokia 3210-u bu günə uyğunlaşdırır. 

 

Sfera.az bildirir ki, ənənəvi düymə tərtibatlı cihaz arxa kamerası, 4G bağlantısı və məhdud texnoloji xüsusiyyətləri ilə istifadəçilərə təqdim olunacaq.

 

1999-cu ildə texnologiya dünyasına qədəm qoyan “Nokia 3210” dövrünün ən məşhur cihazlarından biri idi. O dövrdə cib telefonu sənayesinin lideri “Nokia”nın ikonik məhsulları arasında olan bu ikonik telefon yenidən satışa çıxmağa hazırlaşır. 

 

1999-cu ildə texnologiya dünyasına qədəm qoyan “Nokia 3210” dövrünün ən məşhur cihazlarından biri idi. O dövrdə cib telefonu sənayesinin lideri “Nokia”nın ikonik məhsulları arasında olan bu telefon yenidən satışa çıxmağa hazırlaşır. 

 

Bir zamanlar mobil rabitə dünyasının nəhəngi olan “Nokia”smartfon dövrünə keçiddə yaşadığı çətinliklər nəticəsində bazardakı hakim mövqeyini itirdi və zamanla niş istehsalçıya çevrildi. Bununla belə, markanın ən yeni sahibi olan “HMD Global” Keniyada bir təqdimat tədbiri ilə “Nokia”nın yenidən dönüş xəbərini verdi. Bu tədbirdə “HMD”nin yeni smartfonları “HMD Pulse” əfsanəvi Nokia 3210-un modernləşdirilmiş versiyası ilə birlikdə təqdim edilib.

 

"Bütün zamanların ən yaxşı satıcıları" siyahısında 7-ci yerdə olan “Nokia” indiyə qədər 161 milyon ədəddən çox telefon satıb. İndiki buraxılış isə 90-cı illərin sonlarında qarşılaşdığımız antenasız telefonlar yaddaşını canlandıracaq.

 

“Nokia 3210” istifadəçilərinə təqdim etdiyi sadə və faydalı interfeysi, davamlı quruluşu və xüsusilə də daxil olduğu “Snake” (İlan) oyunu ilə də ürəkləri fəth edirX Bundan əlavə, onun antenasız xüsusiyyəti çox diqqət çəkir.

 

İndi texnologiya həvəskarları bu nostalji telefonun müasir versiyasını görmək üçün səbirsizlənirlər. Yeni “Nokia 3210” öz əcdadı kimi əfsanəvi cihaz olmasa da, müasir dizaynı və interfeysi, düymələri ilə həyatımıza rəng qatacaq.

 

Müasir dizaynı və retro interfeysi ilə “Nokia 3210”da istifadəçilərini nə gözləyir?

 

“HMD” yeni 3210 modelini təsvir edərkən “Retro interfeys ilə birləşdirilmiş müasir yenilənmiş dizayn” ifadəsindən istifadə edir. Unutmayaq ki, bu yeni cihazda uşaqlığımızın “İlan” oyunu da var!

 

Yeni “Nokia 3210” smartfon kateqoriyasında olmasa da, istifadəçiyə 4G bağlantısı, kamera və WhatsApp kimi imkanlar təqdim edəcək.

 

Bu yeni cihaz smartfonlar kateqoriyasına daxil edilməyəcək, lakin müasir texnologiyaya uyğun xüsusiyyətlərlə təchiz ediləcək. O, 4G bağlantısı və Bluetooth funksiyası kimi standartlara cavab verəcək və daha uzun batareya ömrü təqdim edəcək. Bu xüsusiyyətlərin yanında istifadəçilərinə WhatsApp kimi məhdud da olsa texnoloji imkanlar təqdim etməsi gözlənilir.

 

Nostalji düymə düzümü qorunub saxlanılacaq, lakin arxa dizayn 2024-cü ilə uyğun görünüş qazanacaq və əvvəlki modeldə olmayan arxa kamera əlavə olunacaq. Arxa tərəfdə “Nokia” loqotipi olsa da, aşağıya “HMD” markası əlavə edilib. Bu yeni cihaz müasir texnologiya ilə təchiz olunarkən köhnə modelin xatirələrini yada salan bir məhsul olacaq.

 

Qeyd edək ki, “HMD Global” brendi üç yeni smartfon təqdim etməyə hazırlaşır.

 

Brend sosial mediada “Nokia 215” 4G, 225 4G və 235 4G smartfonları ilə bağlı paylaşımı silsə də, bazarda bundan danışılır.

 

Aysel

Sfera.az 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
5
Mənbələr
Şərh ()
Bağla

Reytinq