AZ

“Everton”un mümkün sahibləri fırıldaqçılıqda şübhəli bilinirlər

Cari mövsüm boyu maliyyə ədaləti məsələləri üzrə cəzalarla üzləşərək günü məhkəmələrdə keçmiş “Everton” yenə xoşagəlməzliklə üzləşib.

Arena.az bu barədə “The Telegraph” dərgisinə istinadən məlumat verir.

Ötən ilin sentyabrında iş adamı Fərhad Moşiri ilə onun “Everton”dakı səhmlərinin 94,1%-nin ABŞ-dan olan iş adamlarının ixtiyarına keçməli olduğu haqda müqavilə bağlamış “777 Partners” amerikan investisiya şirkəti fırıldaqçılıqda və maliyyə piramidasının təşkilində ittiham edilir.

Mənbənin məlumatına görə, bir sıra investisiya şirkətləri “777 Partners”ə qarşı məhkəmə iddiası qaldırıblar. İddiaçılar şirkəti təxminən 280 milyon funt-sterlinq (327,2 milyon avro) məbləğində aktivlərlə girov əsasında kredit əldə etməklə saxtakarlıq sxemindən istifadə etməkdə ittiham ediblər. Eyni zamanda, girov kimi “777 Partners” nəzarət etmədiyi və ya ümumiyyətlə mövcud olmayan aktivlərdə təxminən 350 milyon ABŞ dolları (326,1 milyon avro) məbləğində vəsaiti istifadə edib.

Vurğulanır ki, bu məhkəmə çəkişməsi səbəbindən İngiltərə Premyer Liqasının “777 Partners”in “Everton”u satın almasına razılıq verməsi ehtimalı azdır.

Hazırda “Everton” Premyer Liqanın 36 oyununda 37 xalla yarış cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

Xatırladaq ki, “Everton” maliyyə ədalətini pozması səbəbindən Premyer Liqanın yarış cədvəlində 8 xalından məhrum edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
Mənbələr
Şərh ()
Bağla