AZ

“Onun yeri mənim üçün başqadır” – Keçmiş baş məşqçisinə dəyər verdi

“Hər ikisinin öz yeri var. Azər Bağırovun yeri mənim üçün başqadır, məni futbola qaytaran adamdır”.

“Araz-Naxçıvan”ən futbolçusu Vadim Abdullayev Sportinfo.az-ın əvvəlki və hazırkı baş məşqçisinin bir-birindən nə ilə fərqləndikləri barədə sualını cavablandırıb.

Vadimin yenidən futbola qayıtmasında Bağırovun danılmaz rolu var. Baxşıyevi isə çoxdan tanıyır, qısa müddətdə birlikdə çalışıblar.

Bəs, yeni baş məşqçi “Araz-Naxçıvan”da nələri dəyişib? Onların oxşar və fərqli cəhətləri hansılardır?:

“Elmar müəllim tanıdığım, hörmət qoyduğum insandır. Roman Qriqorçuk əsas komandanı çalışdıranda, Elmar Baxşıyev əvəzedici komandanın baş məşqçisiydi. O dönəmdə gənc idim, bəzən əvəzedici komandaya göndəriləndə kömək edirdim. Həmin vaxtdan tanıyıram, necə biri olduğunu bilirəm.

Hər iki məşqçinin xətrini çox istəyirəm. Onların işinə qiymət vermək mənlik deyil. İşim məşqlərdə can-başla çalışıb komandaya fayda verməkdir”.

“Bakı”nın Futbol Akademiyasında yetişən 29 yaşlı yarımmüdafiəçi müxtəlif vaxtlarda “Bakı”, “Simurq”, “Qəbələ”, “Sabah” kimi komandaların şərəfini qoruyub, U-21 millimizin formasını geyinib.

HƏBİB

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla