AZ

Makron Çin liderini Moskvaya təsir etməyə məcbur etmək istəyir..?

...Artıq məlum olduğu kimi, Çin lideri Si Cinpin Parisə səfər edəcək. Reuters mənbələrə istinadən xəbər verir ki, işgüzar səfəri çərçivəsində Fransa prezidenti Emmanuel Makron onunla görüşəcək.

Media qeyd edir ki, görüş standart olmayacaq.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, mayın 7-də Makron Cinpinqi nənəsinin doğulduğu Pireney dağlarına aparacaq.

Nəşr qeyd edir ki, “sentimental jest”in məqsədi Pekinin Rusiya üzərindəki təsir rıçaqlarından istifadə etmək üçün Çin liderini öz tərəfinə çəkməkdir.

KİV yazır ki, Makron Cinpini ticarət balanssızlığını azaltmağa və Ukraynadakı münaqişəni həll etmək üçün Rusiya Federasiyasına təsirindən istifadə etməyə inandırmaq niyyətindədir.

Xatırladaq ki, Çin lideri Fransa, Macarıstan və Serbiyaya dəvət olunub. O, mayın 5-də Parisə iki günlük səfər edəcək. Makronla danışıqlardan əlavə, AK rəhbəri Ursula fon der Leyenlə də görüş hazırlanır. Çin liderinin bu səfəri onun son beş ildə Avropa İttifaqına ilk səfəri olacaq.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
203
50
Mənbələr
Şərh ()
Bağla